GİJDUVANİ ƏBDÜL-XALİQ

(595/1199 ildə vəfat etmişdir) – “Hvacaqan” adlı sufi təliminin yaradıcısıdır. Sonra bu təlim nəqşibəndi təriqətinin içində yer almışdır. Əsl adı Xoca Əbdül-Xaliq ibn Əbdül-Cəmil Qijduani olmuşdur. O, Buxara şəhəri yaxınlığındakı Qijduvan kəndində doğulmuşdur. Mənəvi yolunu görkəmli sufi Əbu Yaqub Yusif Həmədaninin başçılığı altında keçməyə başlamışdır. Qijduvani şəriətə önəm verən sufi olmuş, ayrı-ayrı sufi təriqətlərinin İslama gətirmək istədikləri bidətləri pisləmişdir. O, ucadan söylənilən cəhri zikrinə qarşı çıxıb, səssiz söylənən hafi zikrlərə üstünlük verirmiş, sufilərin sığınacaq yerləri olan təkkələrin tikilməsinə qarşı olmuşdur. Qijduvani hakimiyyət və var-dövlətdən imtina etmiş, tərki-dünya, sadə yaşamağa üstünlük vermişdir. Günümüzə qədər onun tərəfindən yazılması ehtimal olunan “Təriqət risaləsi” kimi bir-neçə əsərləri gəlib çatmışdır. Qijduvaninin təliminin səkkiz başlıca prinsipi nəqşibəndi təriqətində bu gündə izlənilməkdədir. Ancaq, nəkşibəndilikdə bu prinsiplər daha da inkişaf etdirilmişdir.
FİTRƏ
GİLANİ ƏBDÜLQƏDİR
OBASTAN VİKİ
Xaliq Bahadır
Xaliq Bahadır oğlu Hacıyev (Xaliq Bahadır; 1 iyun 1952, Azadkənd, Saatlı rayonu) — Azərbaycan siyasətçisi və yazıçısı. Xaliq Bahadır 1952-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1967-ci ildə Krasnoselsk kənd orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girib, 1979-cu ildə filoloq ixtisası üzrə universiteti bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor kimi çalışıb. AXC hakimiyəti dönəmində Azərbaycan Teleradio Verilişləri Şirkətində televiziyanın informasiya studiyasının direktoru (1992–1993-cü illər) olub. 1993–1994-cü illərdə televiziyanın ədəbi dram verilişləri redaksiyasında İncəsənət şöbəsinin müdiri görəvində çalışıb. 1989-cu ildə "Azadlıq" qəzetini yaradanlardan olub, orada İnformasiya şöbəsinin müdiri kimi çalışıb. 1994-cü ilin mayından "Azadlıq" qəzetində köşə yazarlığı edib. Xalq Hərəkatının yaranmasında aktiv qatqısı olub.
Xaliq Hüseynov
Xaliq İbrahimov
Xaliq Arif oğlu İbrahimov (11 iyul 1985, Sumqayıt) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli kapitanı, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sabiq polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Xaliq İbrahimov 1985-ci il iyulun 11-də Sumqayıt şəhərində anadan olub. 1992–2003-cü illərdə Sumqayıt şəhər 36 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra isə o, 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini bitirdikdən sonra "leytenant" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xaliq İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlının azad edilməsində savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamına əsasən Xaliq İbrahimov "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib. İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında polkovnik-leytenant olaraq xidmət edən Xaliq İbrahimov, müharibədən sonra Hərbi Dəniz Qüvvələrinin sıralarında I dərəcəli kapitan kimi xidmətini davam etdirməyə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Xaliq İsgəndərov
Xaliq Əzizzadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Əl-Xaliq
Əl-Xaliq (ər. الخالق) — Allahın adlarından biri. Yoxdan var edən, yaratdığı hər şeyin bütün incəliklərini bilən, məxluqatına verdiyi ömür ərzində onların görəcəyi halı, hər hadisəni təsbit edən deməkdir. "Yaratmaq" mövcud olmayan bir şeyi meydana gətirməkdir. Bu mənada yeganə yaradıcı Allahdır. İnsanın ortaya qoyduqları isə, yaratmaq deyil, mövcud olanlardan yeni şeylər düzəltməkdir. Kainatdakı hər şey Onun "Kun və yəkun" ("Ol!") əmrinə tabedir: "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar". Ən kiçik zərrəciklərdən qalaktikalaradək hər şey Onun bu əmrinin nəticəsidir. Uca Yaradanın "əl-Xaliq" adı Qurani-Kərimdə səkkiz yerdə keçmişdir.
Xaliq Azadi Məmmədov
Xaliq Azadi (Məmmədov Xaliq Teymur oğlu; 13 aprel 1964, Çayrəsullu, Gədəbəy rayonu) – şair, yazıçı, Rusiya Yazıçılar Birliyinin üzvü. Xaliq Azadi 13 aprel 1964-cü ildə Gədəbəy rayonunda, Şınıx mahalının Çayrəsullu kəndində anadan olub. Orta məktəbi 1981-ci ildə bitirib. Hərbi xidmətini başa vurduqdan sonra, Rusiyanın Krasnoyarsk vilayətinə gedib. Politexnik İnstitutunun axşam şöbəsində təhsil almaqla bərabər sərnişin daşıma nəqliyyatında avtobus sürücüsü işləmişdir. 1991-ci ildən Rusiyada (rus. «Сибирские огни») dərc olunmağa başlayıb. 1994-cü ildə "Köhnə evimiz" (rus dilində) şeiri ilə şəhər müsabiqəsinin qalibi olmuş, mükafata layiq görülmüşdür. Jurnal və qəzetlərdə 30-dan çox bədii və publisistik yazıların müəllifidir. Hal-hazırda yeddi şeir kitabı, bir romanı, altı povesti, çoxsaylı hekayələri oxucuların ixtiyarındadır.
Şeyx Əbdül
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Hüseynov
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim. Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır. 2017-ci ilin may ayında vəfat etmişdir. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. 14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.. "Səlahəddin" "Mustafa xanın xəzinəsi" "Əkinçi taxtda" Əfzələddin Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar" "Abşerondan Ontarioyadək" "Arzamaslı qız" "Biz əslən Bakıdanıq" "Yılmaz Günel" "Mövsün Ərtoğrul" Türk kinosu" Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.
Əbdül Həmid
Məhəmməd Əbdül Həmid (benq. মোহাম্মাদ আবদুল হামিদ; 1 yanvar 1944, Dəkkə, Britaniya Hindistanı) — Banqladeşin hazırkı Prezidenti. Banqladeş tarixində ən uzun müddət çalışan prezident olaraq tarixə düşüb. Həmid Kişoreqanj bölgəsindəki Mithamayn Upazilanın Kamalpur kəndində Tayebuddin və Tomiza Xatunun oğlu olaraq anadan olub. İlk təhsilinə kənd ibtidai məktəbində başlamışdır. İbtidai məktəbi bitirdikdən sonra Bayrapurdakı qohumunun evinə getdi və orada təhsilini davam etdirdi. Hüquq ixtisası üzrə bakalavr dərəcəsi aldı. Hal-hazırda Dəkkə Universitetinə bağlı olan Mərkəzi Hüquq Kollecindən dərəcə aldı. Daha sonra vəkil kimi Kişoreqanjda fəaliyyət göstərdi. 1990–1996-cı illər arasında 5 dəfə Kişoreqanj Bölgəsi Prezidenti seçilib.
Əbdül Kərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. Digər Əbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Əbdül Mahmudbəyov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Mahmudov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Muis
Əbdül Muis (ind. Abdoel Moeis; 3 iyul 1883 – 17 iyun 1959, Bandunq) — İndoneziya yazıçısı, jurnalisti və tərcüməçisi, müasir İndoneziya realist nəsrinin qabaqcılı. İndoneziyanın Niderlanddan müstəqilliyi uğrunda hərəkatın iştirakçılarından biri. Qərbi Sumatradakı Sunqay-Puarda anadan olmuşdur. Cakartada üç il tibb təhsili almış, lakin xəstəliyinə görə təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalmışdır. Onun ilk işi dövlət xidməti ilə bağlı idi, lakin daha sonra Əbdül Muis İndoneziyadakı Niderland müstəmləkə hakimiyyətlərini tənqid edən bir jurnalistə çevrilmişdir. O, Qərb müəlliflərinin əsərlərini İndoneziya dilinə tərcümə etmişdir: Servantesin "Don Kixot" (1923), Mark Tvenin "Tom Soyyerin macəraları" (1928), Hektor Malonun "Ailəsiz" (1932) əsərləri buna nümunədir. Muis İndoneziyanın siyasi həyatında daha çox iştirak etmək ümidi ilə "Sarekat İslam" azadlıq hərəkatına qoşulmuşdur. İndoneziyanın müstəqilliyi məsələsinin sülh yolu ilə həllinin faydasız olduğuna əmin olmuş, ölkənin müstəmləkə hakimiyyətlərindən zorakı formada azad edilməsinin tərəfdarı idi. Buna baxmayaraq, o, daha sonra Niderland hakimiyyətinin yaratdığı nümayəndəlik orqanı olan Xalq Şurasının üzvü olmuşdur.
Əbdül Məcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı.
Əbdül Qasımov
Əbdül Hüseynəli oğlu Qasımov — Azərbaycanın tanınmış hidrobioloq alimi. 5 mart 1929-cu ildə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə Dövlət Pedaqoji İnstitutunun təbiyyat-kimya fakültəsinə qəbul olunmuş, həmin institutu 1950-ci ildə bitirmişdir. Tələbəlik illərində prof. Z.M.Şaxtaxtinskayanın rəhbərliyi ilə yerinə yetirdiyi “Lənkəran rayonunun iynəcə sürfələri” mövzusunda yerinə yetirdiyi kurs işi onun gələcək fəaliyyətini müəyyənləşdirdi . Ölkəmizdə və xarici ölkələrdə məşhur hidrobioloq və zooloq kimi tanınmış Ə.H.Qasımov 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1950-ci ildən Azərbaycan EA Zoologiya İnstitutunda çalışan Əbdül müəllim Qasımov 1954-cü ildə məşhur rus hidrobioloqu V.İ.Jadinin rəhbərliyi ilə yerinə yetirdiyi namizədlik dissertasiyasını Leninqrad şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. O, həmin ildən Mingəçevir su anbarının, Kürün, o cümlədən respublikanın dağ-çəmən zonası göllərinin dib faunasını araşdırmağa başlamışdır. Ə.H.Qasımov 1963-cü ildə Moskva Dövlət Universitetində “Aşağı Kürün və Mingəçevir su anbarının biloji rejimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycanın şirin su faunasının gözəl bilicisinə 1968-ci ildə professor elmi adı verilmişdir.
Əbdül Rəhim
Əbdül Rəhim (Arabic عبد الرحيم الكيب) və ya Əbdül Rəhim əl-Kib; 2 mart 1950, Tərabülüs əl-Qərb – 21 aprel 2020, Taskalusa[d], Alabama) — elektronika üzrə mühəndis və Liviya siyasətçisi. 2011-ci il oktyabrın 31-i Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə 51 nəfərdən 26-nın dəstəyini alaraq Liviyanın Baş Naziri seçilib. Seçkidə alimin 4 rəqibi olub.
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır. Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Əbdül Zahı
Əbdül Behrəng Bunevi Zallinader Zahı (18 aprel 1937, Tehran – 12 sentyabr 1966) — şair. Zahı 1937-ci ildə Tehranda anadan olub. Balacalıqdan şeir yazan Zahı 1949-cu ildə ilk şeiri olan "Balaca qız" şeirini Təbriz mətbuatında çap etdirmişdir. Uşaqları çox sevən şair onlar üçün "Bir ilanın hekayəsi" və s. əsərlərini yazmışdır. Şair 1966-cı ildə edam etdirilmişdir.
Əbdül Əbdülzadə
Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - "1001 xırdavat" mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub. Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,). 18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib.
Əbdül Əliyev
Əliyev Əbdül Hacıəli oğlu (1911, Dağıstan, Daxadayev rayonu, Qubaçı kəndi - 1965) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü. Əliyev Əbdül Hacıəli oğlu Dağıstanın Dahadayev rayonunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951-1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir.
Əbdül Əlizadə
Əbdül Əlizadə (d. 16 avqust 1932 — ö. 22 fevral 2015) — əməkdar elm xadimi, professor, psixoloq-alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur. Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur. 1957-ci ildə Ə.Əlizadən "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ — təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı.
Lida Əbdül
Lida Əbdül (1973[…], Kabil) — müasir əfqan video-art rəssamı və ifaçıdır. == Həyatı == Lida Abdul 1973-cü ildə Kabildə anadan olub, lakin gənc yaşda Sovet-Əfqan müharibəsi zamanı ailəsi ilə birlikdə Hindistana köçüb. Daha sonra Almaniya və ABŞ-da yaşayıb. O, 2000-ci ildə Kaliforniya İrvine Universitetində təsviri incəsənət üzrə magistr dərəcəsini almışdır.. == Mükafatları == Lida Abdulun əsərləri dəfələrlə müxtəlif mükafatlara layiq görülüb: 2006 — Şahzadə Klaus Mükafatı, 2007 — BƏƏ-dən sənətin populyarlaşması üzrə YUNESKO Mükafatı, 2009 — Avropa Media İncəsənət Festivalının Mükafatı, 2015 — Merz Fondunun birinci mükafatı (Turin).
Nəssir Əbdül Kərim Əbdül Rəhim
Nəssir Əbdül Kərim Əbdül Rəhim — Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)